Ərdoğan fransalı həmkarı ilə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla görüşdü.

Ərdoğan fransalı həmkarı ilə görüşdü

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla görüşdü.

  NATO zirvə görüşü münasibətilə Belçikanın paytaxtı Brüsseldə olan R.T.Ərdoğan sammitin ikinci günündən ikitərəfli görüşlərdədir. Bu çərçivədə Türkiyə prezidenti fransalı həmkarı ilə bir araya gəlib. 1 saat 15 dəqiqə çəkən görüşdə Türkiyə tərəfindən ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar və Prezident Aparatı sözçüsü İbrahim Qalın da iştirak edib.

  Xatırladaq ki, Ərdoğan dünən (11 iyulda) Almaniya kansleri Angela Merkellə təkbətək görüşmüşdü.



Әlaqәli Xәbәrlәr