Çavuşoğlundan F35 açıqlaması

Türkiyənin Serbiyada səfərdə olan Xarici İşlər naziri Mövlud Çavuşoğlu F35 mövzusunun bir tərəfin ləğv edə biləcəyi  bir proses olmadığını bildirdi.

Çavuşoğlundan F35 açıqlaması

Türkiyənin Serbiyada səfərdə olan Xarici İşlər naziri Mövlud Çavuşoğlu Serbiya Xarici İşlər naziri Ivica Dacic ilə Serbiyanın Antalya Fəxri Konsulluğunun rəsmi açılışını etdikdən sonra birgə mətbuat konfransı keçirildi.
 
 Çavuşoğlu mətbuat konfransında Münbiçdəki prosesdən bəhs edərək: "Bu günədək bu prosesdə ayrı-ayrılıqda nəzarət fəaliyyətləri, təlimlər həyata keçirildi. Bunlar edilərkən də  həm Münbiçin təhlükəsizliyini təmin edəcək şəxslərin yerli xalqdan olması, həm də bu regionu idarə edəcək şəxslərin müəyyənləşdirilməsi məsələsində birgə çalışılması nəzərdə tutuldu" dedi.
 
 Çavuşoğlu Münbiçdə birgə nəzarət fəaliyyətlərinin olacağını qeyd etdi.
 
 F-35 mövzusuna da toxunan Çavuşoğlu bunları söylədi: "F-35 məsələsində bilirsiniz ki, hakimiyyət konqresə 90 gün ərzində hesabat yazacaq. İlk təyyarələr təhvil verilib. Bu prosesə heç bir məhdudiyyət gətirmir, bunların öz daxili prosedurudur. Digər məsələlərdə olduğu kimi,  F-35 məsələsində də  biz onların tərəfdaşıyıq. Yəni bu, "mən istədim, olmadı",  və ya "Türkiyə çıxsın" kimi bir tərəfin ləğv edə biləcəyi  bir proses deyil".



Әlaqәli Xәbәrlәr