İdliblə əlaqəli razılaşmanın daşıdığı əhəmiyyət vurğulandı

Milli Təhlükəsizlik Şurası Suriyanın İdlib şəhərindəki deeskalasiya bölgəsinə istiqamətli hücumların dayandırılması mövzusunda Rusiya ilə qəbul edilən razılaşmanın daşıdığı əhəmiyyəti vurğuladı.

Dünən keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayılan açıqlamada bildirilib ki, Suriyanın İdlib şəhərindəki deeskalasiya bölgəsinə istiqamətli hücumların dayandırılması mövzusunda Rusiya ilə qəbul edilən razılaşmanın daşıdığı əhəmiyyət vurğulandı. Suriyanın digər bölgələrinin də terrordan azad edilməsi üçün fəaliyyətlərin artırılaraq davam etdirilməsindəki qətiyyətlilik təsdiqləndi. Suriya böhranının həllində beynəlxalq ictimaiyyət, siyasi və humanitar məsuliyyətlərini daha sürətli və təsirli yerinə yetirməyə dəvət edildi.

Açıqlamada “Münbiçin terrordan azad edilməsi üçün barəsində razılıq əldə olunan yol xəritəsinin həssas şəkildə həyata keçirilməsi gözlənilir. Həmçinin ölkə xaricində yaxalanan terrorçuların Türkiyənin ədliyyəsinə təhvil verilməsi, Türkiyənin qətiyyətli mövqeyinin göstəricisidir, bu əməliyyatlar davam etdiriləcək” deyə vurğulanıb.

Әlaqәli Xәbәrlәr