Ərdoğan: "ABŞ tərəfindən bir tələb gəlsə, dəyərləndirərik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları tərəfindən prezident Donald Tramp ilə görüş tələbi gələrsə, bu tələbi dəyərləndirə biləcəklərini bildirdi.

Ərdoğan: "ABŞ tərəfindən bir tələb gəlsə, dəyərləndirərik"

 
 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının  Baş Məclisinin 73-cü  sessiyasında  iştirak etmək üçün 23-27 sentyabr tarixlərində ABŞ-da olacaq.
 
 Ərdoğan Nyu-Yorka yola düşməzdən əvvəl İstanbul Atatürk Hava Limanında mətbuat konfransı keçirdi.
 
 Türkiyə prezidenti BMT Baş Məclisində edəcəyi çıxışla əlaqədar: "Çıxışımda humanitar böhranlara diqqət çəkəcəyəm, vicdanları dərindən yaralayan bu problemlərə həll tapılması üçün müraciət edəcəyəm" dedi.
 
 Ərdoğan Suriyanın gələcəyi üçün ən böyük problemin Fərat Çayının şərqində bəzi müttəfiqlərin himayəsində böyüyən terror bataqlığı (PKK/PYD-PYD) olduğunu bildirdi.
 
 Prezident Suriya böhranından 7 il keçməsinə baxmayaraq, heç kimin Türkiyə qədər əlini daşın altına qoymadığını qeyd etdi.
 
 ABŞ prezidenti Trampla görüşüb-görüşməyəcəyi ilə bağlı verilən suala Ərdoğan: "ABŞ tərəfindən bir tələb gəlsə, dəyərləndirərik" şəklində cavab verdi.
 
 ABŞ səfəri çərçivəsində sərmayəçilərlə də görüşəcəklərini qeyd edən Ərdoğan:"Nyu-Yorkdakı görüşlərimizdən sonra 27-29 sentyabrda Almaniyaya səfər edəcəyik. Almaniyada kansler Angela Merkel ilə bir araya gələcəyik. Avropada artan ksenofobiya və islamafobiya məsələlərini müzakirə edəcəyik. Hörmətli Merkelin də irqçi hərəkətlərə qarşı olduğunu bilirik. PKK və Fətullahçı terror təşkilatı (FETÖ) kimi təşkilatlara qarşı daha fəal mübarizə gözləntimizi dilə gətirəcəyik" dedi.
 
 Türkiyə prezidenti İrandakı terror hücumu ilə bağlı detalların hələ aydın olmadığını bildirdi, belə bir vəziyyətlə bölgədəki həssaslığın daha da yüksəldiyini qeyd etdi.



Әlaqәli Xәbәrlәr