Səudiyyə Ərəbistanının təklifilə birgə işçi qrupu qurulması qərara alındı

Prezident Aparatının sözçüsü İbrahim Kalın Səudiyyə Ərəbistanının təklifilə Camal Kaşıkçı hadisəsinə aydınlıq gətirilməsi üçün birgə işçi qrupu qurulmasının qərara alındındığını bildirdi.

jamal khashoggi cemal kasikci.jpg

Prezident Aparatının sözçüsü İbrahim Kalın Səudiyyə Ərəbistanının təklifilə Camal Kaşıkçı hadisəsinə aydınlıq gətirilməsi üçün birgə işçi qrupu qurulmasının qərara alındındığını bildirdi. 

İbrahim Kalın jurnalist Camal Kaşıkçı haqqında verdiyi açıqlamada deyib ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı əməkdaşlıq çərçivəsində və Səudiyyə Ərəbistanının təklifilə Camal Kaşıkçı hadisəsinə aydınlıq gətirmək üçün birgə işçi qrupu qurulması qərara alındındı.  

Qeyd edək ki, Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy mövzuya dair verdiyi yazılı açıqlamada jurnalist Camal Kaşıkçı ilə əlaqəli “İstintaq çərçivəsində konsulluq binasında araşdırma aparılacaq” deyə bildirib.

Camal Kaşıkçı keçən həftə çərşənbə axşamı günü Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna sənəd işləri üçün daxil oldu, sonra isə ondan xəbər tutan olmadı.

 



Әlaqәli Xәbәrlәr