Türkiyə ilə Küveyt arasında hərbi əməkdaşlığa dair saziş imzalandı

Türkiyə və Küveyt arasındakı hərbi əməkdaşlığı gücləndirmək məqsədilə 2019-cu il üçün müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq planı imzalandı.

Türkiyə ilə Küveyt arasında hərbi əməkdaşlığa dair saziş imzalandı

Türkiyə və Küveyt arasındakı hərbi əməkdaşlığı gücləndirmək məqsədilə 2019-ci il üçün müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq planı imzalandı.

Küveyt xəbər agentliyi “KUNA”nın məlumatına görə, Türkiyə ilə Küveyt arasında təcrübələrin bölüşülməsi və göstərilən səylərin birləşdirilməsi məqsədilə birgə hərbi koordinasiyanın davamı kimi əməkdaşlıq müqaviləsi imzalandı.

Xəbərdə müqavilənin iki ölkənin hərbi səlahiyyətliləri tərəfindən imzalandığı bildirilib.

Qeyd edək ki, Küveytdə 9-10 oktyabr tarixlərində Türkiyə-Küveyt Hərbi Əməkdaşlıq Komitəsi yığıncaqları keçirildi.



Әlaqәli Xәbәrlәr