• Video Qalereya

"Türkiyə ilə Çin Xalq Cümhuriyyəti ərasındakı əlaqələr ildən ilə inkişaf edir", B. Yıldırım

Çində rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Şaanyi əyalətinin Şian şəhərində Konqresin Daimi Komitəsinin sədri Hu Hıpingi qəbul edib.

"Türkiyə ilə Çin Xalq Cümhuriyyəti ərasındakı əlaqələr ildən ilə inkişaf edir", B. Yıldırım

Türkiyə ilə Çin Xalq Cümhuriyyəti ərasındakı əlaqələr ildən ilə inkişaf edir.

Bunu Çində rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Şaanyi əyalətinin Şian şəhərində Konqresin Daimi Komitəsinin sədri Hu Hıpingi qəbulu zamanı deyib.

Çin və Türkiyənin Asiyanın şərq və qərb ucunda yerləşən iki önəmli ölkə olduğunu qeyd edən Yıldırım bildirib ki, məsafələr uzaq olsa da iki ölkə köklü tarixə sahibdir. Prezident Ərdoğan və Çinin Dövlət başçısı Si Tszinpin Argentinada keçirilən G20 sammiti zamanı bir araya gəldi və iki lider əhəmiyyətli qərarlar qəbul etdi. Tarixi İpək Yoluna yenidən fəallıq qazandırılmasını məqsəd götürən “Bir Qurşaq, Bir yol” layihəsilə bu yolda yenidən dəmir yol xəttləri çəkilməsi üçün Çin-Türkiyə olaraq əməkdaşlığı davam etdirməyi istəyirik. Çin Türkiyənin Uzaq Şərqdəki ən böyük ticarət tərəfdaşıdır və ikitərəfli ticarət həcminin artmasını arzu edirik.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım ikili ələqalərin inkişafı çərçivəsində turizmə də fəallıq qazandırıla biləcəyinə diqqət çəkərək “Şian ilə İstanbul arasında təyyarə səfərləri başladıla bilər. Türk Hava Yolları bununla bağlı addım atmağa hazırdır” deyib.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Çinə rəsmi səfərində Çin Milli Xalq Konqresi Daimi Komitəsinin sədri və ölkənin baş nazirilə də görüş keçirib.



Әlaqәli Xәbәrlәr