Türkiyə Yəmən üçün yardım kampaniyasına başladı

"Yəmənə səssiz qalmayaq" şuarı ilə təşkil edilən yardım kampaniyasının təqdimatı olub.

Türkiyə Yəmən üçün yardım kampaniyasına başladı

  Türkiyə Diyanət İşləri İdarəsi və Diyanət Fondunun rəhbəri Əli Ərbaş yardım kampaniyasının təqdimatı ilə əlaqəli təşkil edilən yığıncaqda çıxış edib. O, insanlığın çətin sınaqlar ilə qarşı-qarşıya olduğu bir dövrdə yaşadığını ifadə edərək, Yəməndə 22 milyon adamın qıtlıq səbəbiylə aclıqla pəncələşdiyini xatırladıb və bu insanlara təcili olaraq yardım çatdırılmaması halında 11 milyondan çoxunun həyatını itirəcəyini vurğulayıb. Ölkədə səhiyyə infrastrukturunun tamamilə çökdüyünə diqqəti çəkən Ərbaş, əksəriyyəti Əl-Hudey şəhərində olmaqla 1,2 milyon adamın xolera xəstəliyinə yoluxduğunu, qarşıdurmalar səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalan 2,6 milyon nəfərin isə prioritetli olaraq qalacaq məkana ehtiyacının olduğunu bildirib.

Türkiyə Diyanət Fondunun ölkədəki möhtaclara bu günə qədər 8,5 milyon TL yardım çatdırdığını xatırladan Ərbaş: " Yardımlarımızı daha da artırmaq üçün “Yəmənə səssiz qalmayaq” şuarı ilə yeni bir kampaniya başladır və xalqımızı daha güclü şəkildə insanlığın vicdan yükünü daşıma səfərbərliyinə dəvət edirik"- deyə Ərbaş qeyd edib.

 



Әlaqәli Xәbәrlәr